Attestatla Türkiyədə Təhsil Qiymətləri 2023 İxtisaslar, Universitetlər
Köklü bir tarixə sahib Türkiyə; şərqlə qərbin kəsişməsində yerləşən və son dərəcə mühüm strateji mövqeyə malik ölkədir.

Köklü bir tarixə sahib Türkiyə; şərqlə qərbin kəsişməsində yerləşən və son dərəcə mühüm strateji mövqeyə malik ölkədir. Son illərdə inkişaf edən iqtisadiyyatı ilə Türkiyə müxtəlif irəliləyişlərə imza atmış və beynəlxalq tələbə mobilliyindən daha böyük pay almağa başlamışdır. Türkiyə dövlətində təhsil almağı düşünən tələbələr universitetlərdə daim inkişaf etməkdə olan təhsil mühiti tapacaqlar. Türkiyə dövlətinin universitetləri yüksək keyfiyyətli təhsil sisteminə, ən son texnologiyaya və müasir avadanlıqlara sahib olmaqla, nüfuzlu və prestijli universitetlər sırasında öz yerini almışdır. Buna səbəb isə Türkiyə dövlətinin təhsil sahəsində atdığı uğurlu addımlardır.

Bundan əlavə, Avropa ölkələrində də tətbiq olunan qabaqcıl Bolonya təhsil sistemi türk universitetlərində tətbiq olunmaqdadır. Türkiyə dövlətinin nüfuzlu universitetləri və yüksək keyfiyyətli təhsil sistemi təkcə azərbaycanlı tələbələri deyildə, dünyanın dörd bir yanından olan beynəlxalq tələbələri də özünə cəlb etməkdədir. 207 universitetə və 60.000-dən çox tədris proqramlarına sahib olan Türkiyə dövləti demək olar ki, tələbə dostudur! Universitetlərin və təhsil proqramlarının çoxluğu ilə hər bir tələbə özünə uyğun universitet və tədris proqramlarını çox rahatlıqla seçə bilər. Hər bir universitetdə olan geniş kampus imkanları, sosial klubları və idman komandaları tələbə həyatının aktiv və sosial keçməsinə səbəb olur.

Bilmək Hər Şeyi Dəyişir

REAKSİYANIZ?


Siz həmçinin bəyənə bilərsiniz

Comments

https://edu.mir.az/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!