Nazir: “Gələcəkdə müəllim həm təhsilverən, həm də metodist kimi əməkhaqqı alacaq”
“Sertifikasiya imtahanları nəticəsində bir sıra islahatlar həyata keçiriləcək. Misal olaraq bölgülər olacaq və ona uyğun da əməkhaqqı artırıla bilər. Yəni müəllim həm təhsilverən, həm də metodist kimi əməkhaqqı alacaq”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib.

“Eyni zamanda, sertifikasiya yekunlaşandan sonra təhsil işçilərinin digər bacarıqlarının yoxlanılmasına fokuslanacağıq. Məqsədimiz odur ki, sertifikasiyadan keçməyən müəllim şagirdlərə dərs deməsin, amma işdən də çıxmasın”, - nazir bildirib.

Bilmək Hər Şeyi Dəyişir

REAKSİYANIZ?


Siz həmçinin bəyənə bilərsiniz

Comments

https://edu.mir.az/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!