Xüsusi təyinatlı ali məktəblərə qəbul balı açıqlanıb
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Biz xüsusi təyinatlı ali məktəblərin qəbul planını elan etmirik. Yalnız onu deyə bilərəm ki, artıq bu siyahıların hamısı müvafiq ali məktəb və akademiyalara göndərilib. Polis Akademiyasında minimal keçid balı 439,3, maksimal bal isə 643 bal olub. Orada plan kifayət qədər böyükdür. Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasının hüquqşünaslıq ixtisası üzrə plan yerləri təqdim olunub. Ora keçid balı 541 təsdiqlənib. Daxili Qoşunların Ali Hərbi Məktəbinə da ilkin siyahılar göndərilib. Polis Akademiyasına qəbul olmaq üçün mandat komissiyasından keçən və 439 baldan aşağı nəticə göstərənlər də Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil almaq istəsələr ora ərizə ilə müraciət edə bilərlər", - DİM sədri vurğulayıb.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internetsəhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

"Report" müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan,rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verənən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycandavə dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Bilmək Hər Şeyi Dəyişir

REAKSİYANIZ?


Siz həmçinin bəyənə bilərsiniz

Comments

https://edu.mir.az/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!