Riyaziyyat 10 Suallıq Faizə aid məsələlər Testi
Riyaziyyat Faizə aid məsələlər mövzusunda 10 sualdan ibarət online pulsuz test.

1)

Sinifdə oxuyan 25 şagirddən 4 nəfərin"5"-lə, 9 nəfəri "3"-lə, qalanları isə "4"-lə oxuyur. Bütün şagirdlərin neçə faizi "4"-lə oxuyur?

2)

Sinifdə oxuyan 30 şagirddən 5 nəfəri "5"-lə, 13 nəfəri "3"-lə, qalanları isə "4" -lə oxuyur. Bütün şagirdlərin neçə faizi "4" -lə oxuyur?

3)

Düyüdə 75%, arpada isə 60% nişasta var. 5 kq düyüdə olan qədər nişasta almaq üçün nə qədər arpa götürmək lazımdır?

4)

80%-li spirt almaq üçün 30 litr 90%-li spirtə nə qədər su əlavə etmək lazımdır?

5)

Birinci gün mağazadakı ərzağın 40%-i, ikinci gün qalan ərzağın 50%-i satıldı. İki gündə mağazadakı ərzağın neçə faizi satıldı?

6)

Əmtəənin qiyməti əvvəlcə 50% artırıldı, sonra yeni qiymət 40% azaldıldı. Əmtəənin ilkin qiyməti necə dəyişdi?

7)

Malın qiyməti əvvəlcə 10%azaldı, sonra yeni qiymət 10%artırıldı. Malın ilkin qiyməti necə dəyişdi?

8)

Əmtəənin qiyməti əvvəlcə 8% artdı, sonra yeni qiymət 10% azaldı. Əmtəənin əvvəlki qiyməti necə dəyişdi?

9)

Televizorun qiyməti əvvəlcə 4% ucuzlaşdı, sonra yeni qiymət 10% bahalaşdı. Televizorun ilkin qiyməti necə dəyişdi?

10)

Çəndəki suyun 20%-i buxarlandıqdan sonra qalan suyun miqdarını neçə faiz artırmaq lazımdır ki, çəndə əvvəlki qədər su olsun?

Riyaziyyat 10 Suallıq Faizə aid məsələlər Testi

REAKSİYANIZ?


Siz həmçinin bəyənə bilərsiniz

Comments

https://edu.mir.az/assets/images/user-avatar-s.jpg

0 comment

Write the first comment for this!